"Beşiktaş" 35 yaşlı futbolçunu komandada saxladı

18:00 - 24 İyun 2020

"Beşiktaş" iyunun 30-da müqaviləsi başa çatacaq Gökhan Gönülü komandada saxlamağa qərar verib.

 

Sportal.az "A Spor"a istinadla xəbər verir ki, 35 yaşlı futbolçu İstanbul təmsilçisinin 1+1 illik müqavilə təklifini qəbul edib.

 

Türkiyə millisinin üzvü 2017-ci ildə "Fənərəbaxça"dan "ağ-qaralar"a keçib. Təcrübəli cinah müdafiəçisi bu mövsüm 26 oyunda 3 qol vurub, 3 assist edib.

Xəbər xətti