"Beşiktaş" gürcü futbolçunu transfer edir

18:29 - 24 İyun 2020

"Beşiktaş"ın Tbilisi "Dinamo"sunun futbolçusu Nika Ninuanın transferini bitirdiyi iddia edilib.

 

Sportal.az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, İstanbul təmsilçisi paytaxt klubu ilə müqaviləsi dekabrın 31-də bitəcək 21 yaşlı yarımmüdafiəçinin keçidi üçün 800 min avro təzminat ödəyəcək.

 

Gürcü oyunçu ilə 5 illik müqavilə imzalanacaq. Nikanın illik maaşı 300-350 min avro olacaq.

 

"Dinamo"nun yetirməsi ötən mövsüm 37 oyunda 8 qol vurub, 11 assist edib. O, ötən il Gürcüstanda ilin futbolçusu seçilib. Komandanın kapitanı bu mövsüm keçirdiyi 9 oyunda 2 qol vurub. 

Xəbər xətti