"Sabah"dan dördüncü transfer - RƏSMİ

14:14 - 25 İyun 2020

“Sabah” heyətini yeni futbolçuyla gücləndirib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, paytaxt təmsilçisi müdafiəçi Slavik Alxasovla 2+1 illik müqavilə bağlanıb.

 

27 yaşlı futbolçu karyerası ərzində “Sumqayıt” (2011-2013, 2014-2016), “Xəzər Lənkəran” (2014) və “Keşlə” (2016-2020) klublarında çıxış edib.

 

“Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmlinin keçidini rəsmiləşdirmişdi.

Xəbər xətti