Pedro Rodriqesin yeni klubu müəyyənləşdi

14:54 - 25 İyun 2020

Mövsümün sonunda "Çelsi" ilə müqaviləsi başa çatacaq Pedro Rodriqesin yeni klubu məlum olub.

 

Sportal.az "Sky Sports"a istinadla xəbər verir ki, ispaniyalı vinger "Roma" ilə anlaşıb. 32 yaşlı futbolçu paytaxt təmsilçisinin 2 illik müqavilə təklifini qəbul edib. Pedronun "canavarlar"da illik maaşı 3,5 milyon avro olacaq.

 

"Barselona"nın yetirməsi 2015-ci ildə katalonlardan "Çelsi"yə keçmişdi. İspaniya millisinin keçmiş üzvü bu mövsüm Premyer Liqada 9 oyun keçirib.

Xəbər xətti