Üç futbolçu "Vest Hem"i tərk edəcək

17:52 - 25 İyun 2020

İngiltərənin "Vest Hem" klubu mövsümün sonunda 3 futbolçu ilə yollarını ayıracağını açıqayıb.

 

Sportal.az xəbər verir ki, argentinalı müdafiəçi Pablo Sabaleta, kolumbiyalı yarımmüdafiəçi Karlos Sançes və ingilis sağ cinah oyunçusu Ceremi Nqakia London klubundan ayrılacaq.

 

"Çəkicdöyənlər" müqavilələri bitən futbolçularla yeni sözləşmə bağlamayacaq.

Xəbər xətti