"Liverpul" qədər ehtiraslı deyildik" - Pep Qvardiola

11:28 - 26 İyun 2020

Premyer Liqanın 31-ci turunda "Çelsi"yə 1:2 hesabı ilə uduzan "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ispan mütəxəssis bu məğlubiyyətlə "Liverpul"un çempion olması barədə fikirlərini bölüşüb:

 

"Qısa müddətdə 8 kubok qazandıq və bununla da İngiltərədə daha öncə yaşanmamış bir uğura nail olduq. Bu kubokları qazandıqdan sonra bəlkə də "Liverpul"la eyni ehtirasa sahib deyildik. İlk iki ildəki qədər həvəsli deyildik. "Liverpul" Çempionlar Liqasını qazandı və özünəinamı artdı. Hər oyuna final kimi baxırdılar, biz isə buun bacarmadıq. Bu möhtəşəm mövsüm üçün "Liverpul"u təbrik edirəm. Liqada ikinci olduğumuzu unutmamalıyıq. Buna görə də bir çox komandadan yaxşıyıq. Hələ qarşıda 7 tur qalıb".

Xəbər xətti