"Sabah" Stamenkoviçin müqaviləsini uzatdı

12:23 - 26 İyun 2020

"Sabah"da yeni müqavilə qeydə alınıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, Saşa Stamenkoviç ilə 2019/20 mövsümünün sonunda bitən müqavilə müddəti bir illik uzadılıb.

 

2018-ci ildən “Sabah”ın uğurları üçün çalışan serbiyalı qolkiper oyun sayına görə paytaxt təmsilçisinin rekordçusudur. 35 yaşlı qolkiper ümumilikdə 46 matçda (42 Premyer Liqa, 4 ölkə kuboku) komandanın uğurları üçün çalışıb.

Xəbər xətti