Amin Seydiyev "Sabah"a neçəyə başa gəlib? - transfer məbləği

16:16 - 26 İyun 2020

"Qəbələ"dən "Sabah"a transfer olunan Amin Seydiyevin keçidinin qiyməti məlum olub.

 

Sportal.az-ın məlumatına görə, paytaxt təmsilçisi 21 yaşlı cinah müdafiəçisinin transferi üçün "qırmızı-qaralar"a 100 min manat təzminat ödəyib.

 

Azərbaycanın U-21 millisinin üzvü ötən mövsüm 23 oyunda 1 qol vurub, 1 assist edib.

Xəbər xətti