"Keşlə" 150 min avroya satdığı futbolçunu almağa çalışır

16:26 - 26 İyun 2020

"Keşlə"nin Rumıniyanın "Universitatya Krayova" klubundan 1 illik icarəyə götürdüyü Sezar Meza Kollinin müqaviləsi başa çatıb.

 

Sportal.az-ın məlumatına görə, paytaxt klubu 2018-ci ilin yayında "Universitatya Krayova"ya 150 min avroya satdığı futbolçunun birdəfəlik almaq üçün hərəkətə keçib.

 

Müqavilənin şərtlərinə görə, "ağ-qırmızılar" oyunçunu ikiqat qiymətə - 300 min avroya geri ala bilər. Ancaq bu məbləği çox görən "Keşlə" qiyməti aşağı salmağa çalışır.

 

Avropa Liqasına vəsiqə qazanan "Keşlə" 100 min avrodan çox təzminat ödəmək istəmir və klub rəhbərliyi Rumıniya təmsilçisindən müsbət cavab alacağını gözləyir.

 

Meza Kollinin "Universitatya Krayova" ilə müqaviləsi 2021-ci il iyunun 30-u bitəcək. Futbolçunun maaşı "Keşlə"də bonuslarla birgə 10 min avronu keçir.

 

Sezar Meza Kolli 2017-2018 mövsümünün ikinci yarısında "Keşlə"də oynamışdı. Ötən yay komandaya qayıdan futbolçu 19 oyunda 4 qol vurub, 4 assist edib.

Xəbər xətti