Aryen Robben karyerasını bərpa etdi

20:20 - 27 İyun 2020

2019-cu ildə Münhen "Bayern"indən ayrıldıqdan sonra karyerasını bitirdiyini elan edən Aryen Robben futbola qayıdıb.

 

Sportal.az xəbər verir ki, Niderland millisinin keçmiş üzvü karyerasını ölkəsində davam etdirəcək. 36 yaşlı yarımmüdafiəçi yetirməsi olduğu "Qroningen"lə müqavilə bağlayıb.

 

Robben peşəkar karyerasına 2000-ci ildə Hollandiyanın "Qroningen" klubunda başlayıb. Niderlandlı oyunçu PSV, "Çelsi" və "Real" klublarında da çıxış edib. O, 2009-2019-cu illərdə "Bayern"də oynayıb.

 

Aryen Robben 2003-2017-ci illərdə Niderland millisində 96 oyun keçirib və 37 qol vurub.

Xəbər xətti