"Çelsi"nin yeni transfer hədəfi

12:46 - 29 İyun 2020

"Çelsi"nin yeni transfer hədəfi məlum olub.

 

Sportal.az "The Sun" nəşrinə istinadla xəbər verir ki, London təmsilçisi "Vest Hem"in yarımmüdafiəçisi Deklan Raysı transfer etmək istəyir. "Zadəganlar" bu keçid üçün 49,5 milyon avro təzminat ödəməyə hazırdır. 

 

Deklan Rays 14 yaşında "Çelsi"nin akademiyasından "Vest Hem"ə keçmişdi. 21 yaşlı dayaq yarımmüdafiəçi 2019-cu ildən İngiltərə millisinə dəvət alır. O, bu mövsüm 32 oyunda 2 assist edib.

 

"Çelsi" daha öncə yeni mövsüm üçün "Ayaks"dan Hakim Ziyeşi və "Leyptsiq"in hücumçusu Timo Verneri transfer edib.

Xəbər xətti