"Azərbaycanlı futbolçuları bizə göstərin, oynadaq" - "Beşiktaş"ın prezidentindən təklif - VİDEO

00:09 - 5 İyul 2020

“Beşiktaş”ın prezidenti Ahmet Nur Çebi “CBC Sport”da yayımlanan “Türkiyədən futbol” verilişinə onlayn qoşulub.

 

Sportal.az xəbər verir ki, o, Pərviz Musayev və Elçin Cəfərovun aparıcısı olduğu proqramda maraqlı fikirlər səsləndirib.

 

Klub prezidenti Bakıda “qara qartallar”ın mağazasının açılması və azərbaycanlı futbolçuların bu kluba transfer olunması ilə bağlı maraqlı təklif irəli sürüb:

 

“Azərbaycan “Beşiktaş” üçün çox önəmlidir. Ölkənizdə klubumuzu dəstəkləyən qardaşlar var. Azərbaycanda yaxşı futbolçular var? Əlbəttə, var. Ən yaxşılarını azərbaycanlı qardaşlarımız tapıb, bizə göstərsinlər. Belə halda qiymətli olan azərbaycanlı futbolçunu “Beşiktaş”da oynadarıq. Bununla da Türkiyə futbolunda azərbaycanlı futbolçuların uğurları izlənilər. Bu işin davamı da gələr. Nə deyirsiniz, ola bilər? Niyə də olmasın?! Çox gözəl alınar”.

 

Xəbər xətti