Azərbaycanlı futbolçu "Arsenal"ın hədəfində

10:22 - 10 İyul 2020

"Spartak"da əvəzedici komandaya göndərilən Ayaz Quliyev mövsümün sonunda Moskva klubundan ayrıla bilər.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu ilə Rusiyanın "Arsenal" klubu maraqlanır. Tula təmsilçisi Quliyevin keçidi üçün "Spartak"la danışıq aparmağa hazırlaşır.

 

23 yaşlı yarımmüdafiəçiyə "Dinamo" (Moskva) və "Axmat" klubları da maraq göstərir.

 

Ayaz Quliyev bu mövsüm keçirdiyi 15 oyunda qol və assistlə yadda qalmayıb.

Xəbər xətti