Super Liqa klubunda xorvatiyalı baş məşqçi

15:11 - 15 İyul 2020

Türkiyənin "Rizəspor" klubunun yeni baş məşqçisi məlum olub.

 

Sportal.az "TRT Spor"a istinadla xəbər verir ki, Super Liqa təmsilçisini mövsümü son iki oyununa xorvatiyalı mütəxəssis Styepan Tomas çıxaracaq.

 

44 yaşlı çalışdırıcı bu postda istefa vermiş Ünal Karamanı əvəzləyib.

 

"Rizəspor" çempionatın turnir cədvəlində 32 xalla 16-cı sırada qərarlaşıb.

Xəbər xətti