Dünya çempionu 29 yaşında karyerasını başa vurdu

17:33 - 17 İyul 2020

Almaniya millisinin üzvü Andre Şürrle gözlənilməz qərar verib.

 

Sportal.az xəbər verir ki, Dortmund "Borussiya"sından ayrılan 29 yaşlı vinger karyerasını başa vurub. O, "Instagram" hesabında bu barədə məlumat yayıb: "Peşəkar karyeramı başa vurduğumu açıqlamaq istəyirəm. Bu möhtəşəm illərin parçası olan hər kəsə ailəm və özümün adından təşəkkür edirəm. İndi mənə uyğun gələn bütün fürsətlərə hazıram".

 

"Maynts"da yetişən futbolçu "Bayer", "Çelsi", "Volfsburq", "Borussiya", "Fulhem" və "Spartak" klublarında çıxış edib. Şürrle Almaniya millisində 57 oyunda 22 qol vurub və 2014-cü ildə keçiirlən dünya çempionatının qalibi olub.

 

Qeyd edək ki, Almaniya millisində 57 oyuna 22 qol vuran Şürrle “Maynts”, “Bayer”, “Çelsi”, “Volfsburq”, “Fulhem” və “Spartak”da (Moskva) çıxış edib.

Xəbər xətti