“Keşlə”də Meza Kolli “düyünü” – AFFA müdaxilə edəcək

12:16 - 19 İyul 2020

“Keşlə” Rumıniyanın “Universtatya Krayova” klubundan Sezar Meza Kollinin transferini həll edə bilməyib.

 

Sportal.az xəbər verir ki, Bakı klubu son mövsüm icarəyə götürdüyü yarımmüdafiəçini birdəfəlik almaq istəsə də, maliyyə məsələlərində razılıq əldə etmək mümkün olmayıb. Daha doğrusu, “Keşlə” qarşı tərəfin istədiyi məbləği çox heab edir və ödəmək fikrində deyil. “Universtaty Krayova” isə endirimə getmir. Meza Kolli hazırda ölkəsi Paraqvaydadı. O, klubların anlaşmasını gözləyir.

 

“Keşlə” problemin həllinə kömək məqsədilə AFFA-ya müraciət edib. Paytaxt klubu əsas futbolçularından birinin avrokuboklarda komandada olmasını istəyir. Digər tərəfdən, Meza Kollinin milliləşdirilməsi planlaşdırılır və AFFA onun daim oynadığı “Keşlə”də qalmasında maraqlıdı.

 

Yaxın günlərdə məsələ ilə bağlı yekun nəticə məlum olacaq.

 

Meza Kolli 2018-ci ilin yayında məhz “Keşlə”dən “Universtatya”ya keçib. 1 il sonra isə o, icarə əsasında Azərbaycan klubuna dönüb (futbolpress.az).

Xəbər xətti