Nicat Qurbanov rəmzi komandada - FOTO

01:23 - 21 İyul 2020

Gürcüstan çempionatında 6-cı turun rəmzi komandası açıqlanıb.

 

Sportal.az xəbər verir ki, simvolik 11-liyə “Samtredia”nın hücumameyilli yarımmüdafiəçisi Nicat Qurbanov da düşüb.

 

28 yaşlı futbolçu “Merani” ilə görüşdə (2:1) komandasının qələbə qolunun müəllifi olmuşdu. Nicat vurduğu qoldan sonra əsgər salamı verərək, Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan hərbçilərini anmışdı.

 

 

Xəbər xətti