Prezident idman jurnalistlərini təltif etdi

17:06 - 22 İyul 2020

Bu gün Prezident İlham Əliyev Milli Mətbuat Günü münasibəti ilə bir qrup jurnalistin fəxri adlar, orden və medallarla təltif edilməsi haqda sərəncamlar imzalayıb.

 

Fəxri ad alanlar arasında idman jurnalistləri də var. Qol.az saytının baş redaktoru Aydın Bağırov "Əməkdar jurnalist" adına layiq görülüb. "Xəzər" TV-nin aparıcısı Sənan Abdullayev və "Report"un əməkdaşı Elşən Məmmədov isə "Tərəqqi" medalı ilə təltif edilib.

 

Həmkarlarımızı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

Xəbər xətti