Azər mövsümün son matçında 90 dəqiqə oynadı

00:15 - 23 İyul 2020

Rusiya Premyer Liqasında 2019/20 mövsümünə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, Azər Əliyevin çıxış etdiyi “Ufa” 30-cu turda “Arsenal”ı qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.

 

Azər start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

 

Başqırdıstan təmsilçisi mövsümü 38 xalla 16 komanda arasında 9-cu pillədə başa vurub.

Xəbər xətti