"Sumqayıt" təcrübəli simaları göndərdi

11:21 - 23 İyul 2020

"Sumqayıt"da daha iki ayrılıq baş verib.

 

Sportal.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi müdafiəçilər - Rail Məlikov (34 yaş) və İlqar Qurbanovla (34 yaş) yolları ayırıb. Klub futbolçuların başa çatan müqavilələrini uzatmayıb.

 

Məlikov 2016-cı ildən "kimyaçılar"da çıxış edirdi. Qurbanov isə 2019-cu ilin yayında "Sumqayıt"a keçmişdi.

Xəbər xətti