Renatın "Birmingem"ə transferi baş tutmadı

17:40 - 23 İyul 2020

İngiltərə çempionşipində mübarizə aparan “Birmingem Siti” “Vulverhempton”da çıxış edən Renat Dadaşovu transfer etmək istəyib.

 

Sportal.az xəbər verir ki, aşağı liqa klubu 21 yaşlı hücumçunu icarəyə götürmək istəsə də, klublar arasında razılıq əldə olunmayıb.

 

Renatla Çempionşipin digər təmsilçisi "Koventri" də maraqlanır.

 

Gənc oyunçu 2019-cu ilin avqustunda “Vulverhempton”a keçib. O, “canavarlar”ın əsas komandasında debüt etməyib.

Xəbər xətti