Vüqar Həşimov – 34

20:01 - 24 İyul 2020

Ağır xəstəlik Azərbaycan şahmatını Vüqarsız qoydu. İyulun 24-ü Vüqar Həşimovun doğum günüdür. Yaşasaydı, bu gün 34 yaşını qeyd edəcəkdi.

 

Həşimov kareyerasının pik noqtəsində FIDE reytinq cədvəlinə 6-cı pilləyə qədər yüksəlməyi bacarmışdır. 3-qat Azərbaycan çempionu olmuş və 2009-cu ildə yığmamızın heyətində Avropa çempionu olmasında “qələbə qolunu” vuran Vüqar Həşimov, təəssüf ki, beyin xərçənginə qalib gələ bilmədi.

 

Vüqar 2014-cü ilin yanvarın 11-də Almaniyada – müalicə aldığı klinikada vəfat edib.

 

Xəbər xətti