Orduya dəstək yürüşündə saxlanılan məşqçinin başına nə gəlib?

11:52 - 28 İyul 2020

İyulun 15-də orduya dəstək yürüşü zamanı həbs olunan futbol məşqçisi, idman camiəsinə yaxşı tanış olan Mehdi İbrahimovun qardaşı Turan İbrahim sosial şəbəkədə narahatlığını ifadə edib.

 

Sportal.az xəbər verir ki, o, belə yazıb: "Tubzondan aldığım xəbərə görə qardaşım Mehdi İbrahimovun vəziyyəti pisdi. Özünü yaxşı hiss etmir. Mehdi saxlanılan gündən bizimlə əlaqə saxlamayıb. Bu gün "onlayn" keçirilən məhkəməyə də qatılmayıb. Ailəsi olaraq ondan narahatıq. Təcili ondan xəbər almaq, evlə əlaqə saxlamasını istəyirik!"

 

Mehdi İbrahimov yürüşdən sonra, səhərə yaxın polislər tərəfindən saxlanılıb və 38-ci polis bölməsinə aparılıb. Mehdiyə Cinayət Məcəlləsinin 139.1.1 maddəsi ilə iş açılıb, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

 

İyulun 22-də isə İbrahimovun ailəsinə onun koronavirusa yoluxduğu və vəziyyətinin ağır olduğu barədə məlumat verilib.

Xəbər xətti