Artur "Barselona"nın çağırışına əhəmiyyət qoymadı - transfer ləğv edilir?

15:47 - 28 İyul 2020

"Yuventus"a transfer olan Artur Melo mövsüm bitdiyi üçün "Barselona"dan ayrılıb.

 

Sportal.az xəbər verir ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin oyununa hazırlaşan "Barselona" koronavirus testindən keçsə də, Artur komandaya qoşulmayıb. Ölkəsinə yollanan braziliyalı futbolçu geri çağırılsa da, 23 yaşlı yarımmüdafiəçinin qayıtmaq fikri yoxdur.

 

Məlumata görə, yarımmüdafiəçi katalonlara komandada oynamaq istəmədiyini deyib. İspaniya mətbuatı qeyd edir ki, Artur "Yuventus"la "Barselona"nın anlaşma şərtlərini pozduğu üçün transfer ləğv edilə bilər.

 

Artur Melo 72+10 milyon avro qarşılığında "Yuventus"a, Miralem Pyaniç isə 60+5 milyon avroya "Barselona"ya keçib.

 

"Barselona" avqustun 8-i Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə "Napoli"ni qəbul edəcək. Cütün ilk oyununda qalib müəyyənləşməyib - 1:1.

Xəbər xətti