"Mançester Siti" niderlandlı futbolçunu transfer edir

15:47 - 30 İyul 2020

"Mançester Siti" "Bornmut"un müdafiəçisi Natan Akeni transfer etmək üzrədir.

 

Sportal.az "Sky Sports"a istinadla xəbər verir ki, "şəhərlilər" niderlandlı futbolçunun keçidi üçün 45 milyon avro təklif edib. "Gilaslar" Mançester təmsilçisinin təklifini qəbul edib. Yaxın günlərdə transferin rəsmiləşəcəyi gözlənilir.

 

"Bornmut" 25 yaşlı mərkəz müdafiəçisini 2017-ci ildə "Çelsi"dən 22,8 milyon avroya transfer edib. Niderland millisinin üzvü başa çatan mövsüm Premyer Liqada keçirdiyi 29 oyunda 2 qol vurub, 2 assist edib.

Xəbər xətti