Ərəblər "Nyukasl"ı almaqdan imtina etdi

23:23 - 30 İyul 2020

Səudiyyə Ərəbistanı vəliəhdi, şahzadə Məhəmməd Bin Salman İngiltərənin "Nyukasl" klubunu almaqdan imtina edib.

 

Sportal.az "BBC Sport"a istinadla xəbər verir ki, apreldə ərəblərin 300 milyon funt-sterlinq təklifi qəbul edilmişdi.

 

Bundan sonra mərkəzi Qətər olan "beIN Sports" kanalı buna sərt reaksiya vermişdi.

 

"Amnesty International"ın (insan hüquqlarının təbliği) İngiltərə üzrə direktoru Keyt Allen Premyer Liqanın rəhbəri Riçard Mastersə məktubunda ərəblərin "Nyukasl"ı hansı məqsədlə almaq istədiyini araşdırmağı tələb etmişdi. Allen məktubunda qeyd etmişdi ki, ərəblərin bu planı baş tutmamalıdır.

 

"beIN Sports Media" şirkətinin idarə heyətinin sədri Yusif əl-Obaidli "Nyukasl"ın ərəblərə satılacağı halda, Premyer Liqa oyunlarını yayımlamayacaqlarını bəyan edib. O, bu barədə çempionatın rəhbəri Riçard Masterə məktub göndərib.

 

"Sağsağanlar"ın hazırkı sahibi Mayk Eşli ilə Məhəmməd Bin Salman arasında razılaşma ləğv edilib. İngiltərə höküməti ərəblərə ölkədə şirkət qurmağa izn versə də, şahzadə artıq fikrindən daşınıb.

 

Xəbər xətti