Türkiyə millisinin üzvü "Sassuolo"da

Almaniyanın "Fortuna" klubunun futbolçusu Kaan Ayhan karyerasını İtaliyada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, A Seriya təmsilçisi "Sassuolo" 2-ci Bundesliqaya düşən klubun futbolçusu ilə 4 illik razılığa gəlib. Bu keçid "yaşıl-qaralar"a 2,5 milyon avroya başa gəlib.

 

25 yaşlı müdafiəçi ötən mövsüm Bundesliqada keçirdiyi 31 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib. Türkiyə millisinin üzvü 2016-cı ildə 500 min avroya "Şalke"də Düsseldorf təmsilçisinə keçmişdi.

Tarix: 1 Avqust [14:39]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Avqust 2020
13  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio