"Trabzonspor" yeni baş məşqçisini açıqladı

17:50 - 2 Avqust 2020

"Trabzonspor"un yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, Qara dəniz təmsilçisini bundan sonra komandanın məşqçisi işləyən Eddi Nyuton çalışdıracaq. Müqavilənin detalları barədə məlumat verilməyib.

 

"Çelsi"nin keçmiş futbolçusu bu ildən "bordo-mavili" klubda işləyir. 48 yaşlı mütəxəssis Hüseyn Çimşirin istefasından sonra müvəqqəti baş məşqçi təyin olunmuşdu. Komanda onun rəhbərliyi ilə Türkiyə kubokunun finalında "Alanyaspor"a qalib gəlmişdi.

Xəbər xətti