"Mançester Yunayted"dən Sançoya görə 120 milyon

12:21 - 4 Avqust 2020

"Mançester Yunayted" "Borussiya"nın vingeri Ceydon Sançonu transfer etməkdə israrlıdır.

 

Sportal.az "Bild"ə istinadla xəbər verir ki, "qırmızı şeytanlar" Dortmund təmsilçisinin tələb etdiyi 120 milyon avronu ödəməyə hazırdır. Lakin Mançester təmsilçis bu məbləği iki il ərzində ödəyəcəyini qarşı tərəfə çatdırıb.

 

İngiltərə təmsilçisi 70 milyon avronu transfer reallaşanda, qalan 50 milyonu isə 2021-2022-ci illərdə ödəmək istəyir. Bundesliqa klubu bu təklifə hələ ki cavab verməyib.

 

"Borussiya" ingilis futbolçunu 2017-ci ildə "Mançester Siti"nin akdemiyasından 8 milyon avroya transfer etmişdi. 20 yaşlı futbolçu ötən mövsüm 44 oyunda 20 qol vurub, 20 assist edib.

Xəbər xətti