"Napoli" "Barselona" ilə oyuna ciddi itki ilə çıxacaq

22:22 - 4 Avqust 2020

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində “Barselona” ilə qarşılaşacaq “Napoli” ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, A Seriyasının 38-ci turunda "Latsio" ilə matçda zədələnən komandanın hücumçu Lorenso İnsinye bir müddət yaşıl meydanlardan kənar qalacaq.

 

Neapol təmsilçisi 29 yaşlı futbolçunun "Barselona"ya qarşı oynamayacağını açıqlayıb.

 

“Kamp Nou”da keçiriləcək matç avqustun 8-i baş tutacaq. Cütün ilk oyununda qalib müəyyənləşməyib - 1:1.

Xəbər xətti