"Mançester Siti" yeni transferini açıqladı

23:27 - 4 Avqust 2020

"Mançester Siti" "Valensiya"nın futbolçusu Ferran Torresi transfer edib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, "şəhərlilər" 20 yaşlı vingerlə 5 illik müqavilə imzalayıb. Mançester təmsilçisi bu keçid üçün 25+12 milyon avro təzminat ödəyib.

 

İspaniyalı futbolçu ötən mövsüm "yarasalar"da keçirdiyi 44 oyunda 6 qol vurub, 8 məhsuldar ötrürmə edib.

Xəbər xətti