Arda Turan "Qalatasaray"a qayıtdı

22:38 - 5 Avqust 2020

"Qalatasaray" "Barselona"dan ayrılan keçmiş futbolçusu Arda Turanı transfer edib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin "sarı-qırmızılar"la müqaviləsinin detalları açıqlanmayıb.

 

Türkiyə millisinin üzvü peşəkar karyerasına "Qalatasaray"da başlayıb. O, 2011-ci ildə 13 milyon avro qarşılığında "Atletiko"ya transfer olmuşdu. Arda son 1,5 ili icarə əsasında "Başakşəhər"də keçirmişdi.

Xəbər xətti