"Zirə"dən ayrılan hücumçu "Şerif"də

"Zirə"dən ayrılan Riçard Qadzenin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı hücumçu Moldovanln "Şerif" klubuna keçib. Qanalı hücumçu Tiraspol təmsilçisində 43 nömrəli formada çıxış edəcək. 

 

Qadze ötən mövsümün qış fasiləsində qoşulduğu "Zirə"də 11 oyun keçirib və 3 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, "Zirə" tarixində ən çox qol vuran 2-ci futbolçudur. Aktivində 13 qolu olan hücumçu lider Nelson Bonilyadan 1 top geridədir.

Tarix: 8 Avqust [10:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Sentyabr 2020
21  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio