"Qarabağ"dan Qurban Qurbanov paylaşımı: "12 il öncə başlayan tarix"

10:45 - 10 Avqust 2020

Qurban Qurbanovun “Qarabağ”da baş məşqçi kimi debütündən 12 il keçir.

 

Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis Ağdam klubunu ilk dəfə avqustun 9-u 2008-ci ildə meydana çıxarıb.

 

"Atlılar" Qurbanovun rəhbərliyi ilə keçirdiyi ilk oyunda "Bakılı"nı 2:1 hesabı ilə məğlub edib.

 

"Qarabağ" Qurban Qurbanovun dönəmində 7 dəfə Azərbaycan çempionu olub, 4 dəfə isə ölkə kubokunu qazanıb. Ağdamlılar bu müddətdə 5 dəfə Avropa Liqasının, 1 dəfə isə Çempionlar Liqasının qrup mərhələsində oynayıb.

 

Xəbər xətti