"Borussiya" cəbhəsindən "Mançester Yunayted"i üzən qərar

"Borussiya" adı "Mançester Yunayted"lə hallanan Ceydon Sançonu komandada saxlamağa qərar verib.

 

Sportal.az xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin idman direktoru Mixael Çork bildirib:

 

"Sanço gələn mövsüm də bizimlə olacaq. Son qərarımız belə oldu. Onun maaşını ötən artırıb, müqaviləsini 2023-cü ilə qədər uzatmışdıq".

 

"Borussiya" ingilis futbolçunu 2017-ci ildə "Mançester Siti"nin akdemiyasından 8 milyon avroya transfer edib. 20 yaşlı vinger ötən mövsüm 44 oyunda 20 qol vurub, 20 məhsuldar ötürmə edib.

 

Tarix: 11 Avqust [11:40]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Sentyabr 2020
21  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio