"Trabzonspor" "Fluminense"nin futbolçusunu icarəyə götürdü

11:00 - 12 Avqust 2020

Türkiyənin "Trabzonspor" klubu heyətinə yeni oyunçu cəlb edib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, "bordo-mavili" klub Braziliya təmsilçisi "Fluminense"dən Marlon Rodriqes Xavyeri 1 illik icarəyə götürüb.

 

Braziliyalı sol cinah müdafiəçisi ötən mövsümü icarə əsasında Portuqaliyanın "Boavişta" klubunda oynayıb. 23 yaşlı futbolçu Portu təmsilçisinə keçirdiyi 28 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Xəbər xətti