Şehiçin "Konyaspor"dakı qazancı müəyyənləşdi

18:35 - 15 Avqust 2020

"Ərzurumspor"dan ayrılan İbrahim Şehiç ötən günlərdə Türkiyə Super Liqasının digər təmsilçisi "Konyaspor"la 2+1 illik müqavilə imzaladı.

 

Sportal.az xəbər verir ki, bosniyalı qapıçının illik maaşı 600 min avro olacaq. 31 yaşlı qapıçı yeni klubunda 13 nömrəli formada çıxış edəcək.

 

Şehiç ötən mövsüm keçirdiyi 34 oyunda 26 top buraxıb, 16 görüşdə isə qapısını toxunulmaz saxlayıb.

 

Qapıçı 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edib. O, Ağdam klubundan ayrıldıqdan sonra "Ərzurumspor"a keçmişdi.

Xəbər xətti