Kuman "Barselona"da?

10:47 - 17 Avqust 2020

Niderland millisinin baş məşqçisi Ronald Kuman “Barselona”nı çalışdıra bilər.

 

Sportal.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, katalonlar Kike Setyenlə yolları ayırdıqdan sonra 57 yaşlı çalışdırıcıya təklif göndərib. Niderlandlı mütəxəssis danışıqlar aparmaq üçün Barselonya gəlib. Tərəflərin anlaşacağı gözlənilir.

 

Kuman 1989-1995-ci illərdə “Barselona”da çıxış edib. O, 2018-ci ildən Niderland yığmasını çalışdırır.

Xəbər xətti