"Barselona" "Setyenlə yollarını ayırdı

00:18 - 18 Avqust 2020

"Barselona" Kike Setyenlə yolları ayırıb. Sportal.az klubun saytına istinadla xəbər verir ki, 61 yaşlı mütəxəssis istefaya göndərilib.

 

Kataloniya təmsilçisinin rəhbərliyi bu qərarı Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya 2:8 hesablı biabırçı məğlubiyyətdən sonra verib.

 

Setyen bu ilin yanvarından komandanı çalışdırırdı.

 

"Barselona"nın yeni baş məşqçisinin Niderland millisinin çalışdırıcısı Ronald Kuman olacağı gözlənilir.

Xəbər xətti