“Qarabağ” “Sileks” səddini dörd qolla keçdi- YENİLƏNİB

20:51 - 18 Avqust 2020

Çempionlar Liqasında 2020/21 mövsümündə birinci təsnifat mərhələsinə start verilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” bu mərhələdə Şimali Makedoniyanın “Sileks” klubu ilə qarşılaşıb.

 

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş Ağdam klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.

 

"Qarabağ" növbəti mərhələdə “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) oyununda qələbə qazanan komanda ilə qarşılaşacaq.

 

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi

18 avqust

 

20:00 Qarabağ – Sileks (Şimali Makedoniya) - 4:0

Qollar: Xayme Romero, 11, Donald Gerye, 40, 51, Mahir Emreli, 80
Baş hakim: Yaroslav Kozık
Köməkçi hakimlər: Viktor Nijnik, Vladimir Korotin
Dördüncü hakim: Anatoli Abdulla (hamısı Ukrayna)
Hakim-inspektor: Atilla Abraham (Macarıstan)
UEFA nümayəndəsi: Vitali Danilçenko (Ukrayna),

Xəbər xətti