"Qarabağ" "Sileks"lə oyuna ciddi itki ilə çıxacaq

11:00 - 18 Avqust 2020

Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" klubunu qəbul edəcək "Qarabağ" oyuna ciddi itki ilə çıxacaq.

 

Sportal.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Qara Qarayev görüşün iştirakçısı olmayacaq. Buna səbəb onun ötən mövsüm Avropa Liqasının qrup mərhələsində "Düdelanj"la Bakıda keçirilmiş matçda (1:1) qırmızı vərəqə alması olub.

 

İkinci sarı vərəqədən sonra meydanı tərk edən 27 yaşlı futbolçunun cəzası bir oyundur.

 

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyunu saat 20:00-da başlayacaq.

Xəbər xətti