"Fənərbaxça" Sosa transferini tamamladı

15:43 - 18 Avqust 2020

"Fənərbaxça" növbəti transferini tamamlayıb.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Trabzonspor"la müqaviləsi başa çatan Xose Sosanı rənglərinə bağlayıb. Argentinalı yarımmüdafiəçi "sarı-lacıvərdli" klubla iki illik anlaşıb.

 

Sosanın illik maaşı 1,5 milyon avro olacaq. O, "Fənərbaxça"dan 1,5 milyon avro imza pulu da alacaq.

 

35 yaşlı futbolçu ötən mövsüm keçirdiyi 42 oyunda 10 qol vurub, 12 məhsuldar ötürmə edib.

Xəbər xətti