"Sumqayıt" İrandan daha bir tansfer reallaşdırdı

11:29 - 19 Avqust 2020

“Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, son mövsümü İran yüksək liqasında çıxış edən “Pars Cənubi Cam” klubunda keçirən Azərbaycan əsilli Adəm Həmati ilə 1+1 illik müqavilə imzalanıb. 25 yaşlı yarımmüdafiəçi komandada 21 nömrəli formada çıxış edəcək.


Kanadanın “Toronto City” klubunun akademiyasının yetirməsi olan Adəm Həmati peşəkar karyerasına 2014-cü ildə Fransanın “Nitsa” klubunun əvəzedici heyətində başlayıb. Daha sonra isə İranın “Persepolis” klubuna keçən Adəmin son klubu “Pars Cənubi Jam” komandası olub.

 

Xəbər xətti