"Neftçi" və "Keşlə" mövsümə qələbə ilə başladı - YENİLƏNİB

22:29 - 21 Avqust 2020

Bu gün Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünə start verilib.

 

Sportal.az xəbər verir ki, ilk gündə 2 matç keçiriləcək. Açılış görüşü Sumqayıtda olub. Şəhərin eyniadlı komandası "Keşlə"ni qəbul edib. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Günün ikinci görüşündə "Neftçi" "Səbail"i qəbul edib və qalib gəlib - 2:1.

 

Azərbaycan Premyer Liqası
I tur
21 avqust

 

“Sumqayıt” –“ Keşlə” - 0:1
Qol:
Azər Salahlı, 90+4
Qeyri-dəqiq penalti: Rəhim Sadıxov, 27 ("Sumqayıt")
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Nicat İsmayıllı
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Kapital Bank Arena”, 18:30

 

“Neftçi” – “Səbail” - 2:1
Qollar
: Namiq Ələsgərov, 16, 66 - Peyman Keşavarz, 79
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Namiq Hüseynov, Namiq Bəkirov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bakcell Arena”, 20:30.

Xəbər xətti