"Traktor" mövsümü medalsız bitirdi

12:12 - 21 Avqust 2020

İran çempionatında 2019/20 mövsümünə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, Cənubi Azərbaycanın “Traktor” klubu son turda səfərdə “Fulad”a 0:1 hesabı ilə uduzaraq, ilk 3-lükdən kənar qalıb. Təbriz təmsilçisi 50 xalla 4-cü olub və Asiya Çempionlar Liqasından kənar qalıb.

 

“Sanat Naft”a 1:0 hesabı ilə qalib gələn Təbrizin digər təmsilçisi “Maşın Sazi” isə 31 xalla 11-ci yeri tutub.

Xəbər xətti