Luis Suares: "Barselona"da məni istəməsələr, ayrılmaq üçün görüşməyə hazıram"

16:48 - 22 Avqust 2020

Adı "Ayaks"la hallanan "Barselona"nın hücumçusu Luis Suares gələcəyi barədə danışıb.

 

Sportal.az xəbər verir ki, uruqvaylı hücumçu klub rəhbərliyi ilə bu mövzuda danışmadığını deyib:

 

"Rəhbərliklə ayrılıq barədə danışmamışam. Mənə güvəndikləri vaxt əlimdən gələni etmək istəyirəm. Bura gələndən azarkeşlərin dəstəyini hiss etmişəm və bu, mənə güc verir. Prezident dəyişikliklər olacağını deyib. Ancaq mənə kimsə fikir bildirməyib. Klub üçün ən yaxşısını istəmişəm. Fikrim komandada qalmaqdır. Əgər bundan sonra lazımsız olduğumu fikirləşsələr, ayrılıq üçün görüşməkdən çəkinmərəm. "Bayern"ə 2:8 hesablı məğlubiyyətə görə hamı məsuliyyət daşıyır. Belə vəziyyətdə bir futbolçunu və ya başqa bir şəxsi günhkar seçmək doğru olmaz".

 

33 yaşlı hücumçunun katalonlarla 1 illik müqaviləsi mövcuddur. Suares ötən mövsüm keçirdiyi 36 oyunda 21 qol vurub, 12 məhsuldar ötürmə edib.

 

Xəbər xətti