"Sabah"da daha bir gəncə yol açıldı

11:11 - 24 Avqust 2020

Azərbaycan Premyer Liqasının 2020/21-ci illər mövsümünün I turunda keçirilmiş “Qarabağ” – “Sabah” matçı (2:0) qonaqların gənc futbolçusu Ceyhun Nuriyev üçün əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi “Azersun Arena”da baş tutan qarşılaşmada Premyer Liqada ilk oyununu keçirib.

 

Baş məşqçi Visente Qomes Ceyhuna start heyətində şans verib. Gənc futbolçu qarşılaşmanın 61-ci dəqiqəsində Yevgeni Koçukla əvəzlənib.

 

Nuriyev “Sabah”ın əsas komandasına klubun U-19 komandasından cəlb olunub.

Xəbər xətti