"Zirə"də braziliyalı qapıçı

11:22 - 28 Avqust 2020

“Zirə” yeni futbolçu ilə anlaşıb.

 

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi Braziliyanın C seriyasında mübarizə aparan “Londrina”nın qapıçısı Mateus Albino Karneiro ilə razılığa gəlib.

 

25 yaşlı qapıçı klubu ilə müqaviləsini ləğv edib, Bakıya yollanacaq. O, tibbi müayinədən keçib, “qartallar”la rəsmi sözləşmə bağlayacaq.

Xəbər xətti