"Fənərbaxça" Edin Vişça üçün hərəkətə keçdi

11:53 - 31 Avqust 2020

"Fənərbaxça" "Başakşəhər"in yarımmüdafiəçisi Edin Vişçanı transfer etmək üçün danışıqlara başlayıb.

 

Sportal.az xəbər verir ki, "sarı-lacıvərd"li klubun idman direktoru Əmrə Bəlözoğlu bosniyalı futbolçunu komandaya gəlməyə razı salıb. Məlumata görə, "Fənərbaxça" 30 yaşlı futbolçu üçün "narıncılar"a pul və üç futbolçu verməyə hazırdır.

 

Super Liqanın son çempionuna "Fənərbaxça"nın futbolçuları - Ozan Tufan, Sərdar Əziz və Dəniz Türüçün təklif edildiyi bildirilir. Baş məşqçi Okan Burukun razılığı olarsa, Edin Vişçanın "Fənərbaxça"ya keçəcək.

 

Vişça 9 ildir "Başakşəhər"də çıxış edir. O, İstanbul klubunda keçirdiyi 347 oyunda 100 qol vurub, 98 məhsuldar ötürmə edib.

Xəbər xətti