Qurban Qurbanov: "Skandinaviya klublarına qarşı təcrübəmiz var"

15:39 - 31 Avqust 2020

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Norveçin "Molde" klubu ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov klubun saytına açıqlamasında püşkü belə dəyərləndirib:

 

"Çox ciddi rəqiblə qarşılaşacağıq. Skandinaviya klubları atletik və fiziki cəhətdən yaxşı oyun nümayiş etdirir. Skandinaviya klublarına qarşı təcrübəmiz var, amma futbol standartları hər ötən gün dəyişir. "Molde" son illər stabil çıxış edir və uğurlu qrafiklə yüksəlişdədir. Rəqibi analiz edib, məlumat toplamağa çalışacağıq"

Xəbər xətti